Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27

“Ulduz” jurnalını Kəramət Böyükçöl buraxacaq


Kəramət Böyükçöl

Kəramət Böyükçöl

“Ulduz” ədəbiyyat dərgisi yenidən gənc yazarların ixtiyarına verilir.

Jurnalın bu sayı bütünlüklə gənc müəlliflərin əsərlərindən ibarət olacaq.

“Ulduz”un bu sayına məsul gənc yazar Kəramət Böyükçöl olacaq.

O, jurnalın növbəti sayında gözlənilən yeniliklərlə bağlı “Oxu zalı” na bunları deyib:

- Artıq üçüncü dəfədir ki, “Ulduz” jurnalı gənc yazarların ixtiyarına verilir. Hətta jurnala məsul şəxs də gənclərin arasından seçilir. Bu, olduqca yaxşı bir haldır və buna görə jurnalın redaktoru Elçin Hüseynbəyliyə təşəkkür düşür. Gənc yazarların buraxdığı əvvəlki saylardan fərqi olaraq düşünürəm ki, bu nömrədə diqqət daha çox region yazarlarına ayrılmalıdır. Bizim çap olunmaq imkanlarımız genişdir və demək olar ki, bu məsələ barəsində heç bir problemimiz yoxdur. Ancaq regionlarda elə gənc yazarlar tanıyıram ki, fikrimcə, onlar çap olunmağa bəzilərindən daha çox layiqdirlər. Mən o müəlliflərin bir çoxlarını şəxsən tanıyıram. Jurnalın Yazıçılar Birliyində təqdimatı də nəzərdə tutulub, tanınmış tənqidçilərin, qələm adamlarının müzakirədə iştirakı da gözlənilir. Əminəm ki, bütün bunlar hələ ədəbi prosesə qoşulmayan region yazarlarımız üçün də maraqlı olacaq, onların bundan sonrakı yaradıcılığına stimul verəcək. Topluda bundan başqa maraqlı tərcümə əsərləri də yer alacaq. Jurnaldakı “Qoşalülə” rubrikasının sualları da region yazarları tərəfindən veriləcək. Maraqlıdır, görək onlar nə düşünür? İçlərində hansı suallar var? Doğrudur, indiki zamanda region müəlliflərini, özü də hələ heç bir portalda, qəzetlərdə və jurnallarda çap olunmayan gəncləri bir araya gətirmək çətindir, ancaq işin öhdəsindən gəlməyə çalışacağam. Topluda eyni zamanda imzası bir çoxlarına bəlli olan bir neçə gənc müəllifin də əsərləri işıq üzü görəcək. Müəlliflər əsərlərini bu ünvana göndərə bilərlər. kerametboyukcol@mail.ru
"Ulduz" jurnalının gənc yazar Cavid Zeynallının rəhbərliyi ilə buraxdığı sayı

"Ulduz" jurnalının gənc yazar Cavid Zeynallının rəhbərliyi ilə buraxdığı sayı

Günün bütün mövzuları

XS
SM
MD
LG