Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:37

Apple iPhone-nun yeni seriyasını təqdim edəcək


Sentyabrın 12-də Apple şirkətinin iPhone telefonunun yeni seriyasını təqdim edəcəyi gözlənilir. Müşahidəçilər yeni telefonu iPhone 5 adlandırırlar.

Yeni modelin ekranı daha böyük olacaq. İnternetlə alqı-satqı edərkən ödəmə imkanları asanlaşacaq. Başqa yeni funksiyalar da gözlənilir.

Tədbirdə həmçinin daha kiçildilmiş “iPAD Mini” təqdim olunacaq.

İndiyə qədər Apple şirkəti ildə bir yeni telefon təqdim edir. Bundan əvvəlki iPhone 4S versiyası özündən əvvəlki iPhone 4-dən 16 ay sonra keçən ilin oktyabrın 16-da təqdim olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG