Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:15

Hələb bombalanır


Ötən gecə Suriya ordusu Hələb şəhərində müxalifətçilərin nəzarətində olan məntəqələri bombalayıb.

Amerikanın NBC telekanalı bildirir ki, Azad Suriya Ordusu hökumət qoşunlarına qarşı hava-yer tipli raketlərdən istifadə edir.

Döyüşlər Suriyanın başqa şəhərlərində də davam edir. Ancaq Suriya hakimiyyəti əsas qüvvəni Hələbə yeridib.

Şəhəri tərk etmək istəyən minlərlə adam mühasirədə qalıb.

Bu haqda BMT-nin qaçqınlar üzrə idarəsindən məlumat verilib. Şahidlər bildirir ki, Hələbdə ərzaq və qaz çatışmazlığı yaranıb.

İndiyə qədər Hələb şəhərini 200 min adam tərk edib. Döyüşlər nəticəsində evləri dağılmış adamlar isə məktəblərdə, məscidlərdə yerləşib.
XS
SM
MD
LG