Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:13

Məcburi köçkünlərin yataqxanasında yanğın olub [Video]


-
Avqustun 1-də Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli yataqxanada güclü yanğın baş verib. Yanğın binanın bir hissəsini tamamilə sıradan çıxartmaqla yanaşı onun qarşısındakı bazarı və yaxınlıqdakı birmərtəbəli evləri də əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını cəlb edilib. Bir neçə saat davam edən yanğını yalnız saat 15 radələrində tamamilə söndürmək mümkün olub.
Yanan binada əsasən Ağdam, Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin rəsmi açıqlamasına görə, yanğına üçüncü təhlükəlilik dərəcəsi təyin edilib. İlkin məlumata görə, yanğın 900 kv.metr sahəni əhatə edib. Ölən və xəsarət alan olmayıb. Xilasetmə işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin canlı qüvvə və texnikası tərəfindən aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

YANĞIN SÖNDÜRÜLÜB

Saat 16 radələrində yanğın tam olaraq söndürülüb. Jurnalistlər yanğının əhatə etdiyi əraziyə buraxılıb. Hələlik hadisə yerindəki rəsmi şəxslər açıqlama vermir.

YANĞIN BAŞ VERƏN EVDƏ UŞAQ QALIBMIŞ

Məcburi köçkünlərin yaşadığı beşmərtəbədə yanğın davam edir. Tələfat yoxdur. Köçkünlərin dediyinə görə, yanğın baş verən evdə uşaq qalıbmış, amma onu vaxtında çıxartmaq mümkün olub.

Hadisə yerinə 6-dək yanğınsöndürən maşın cəlb edilib.

Bununla belə binanın bir hissəsi tamam yanıb.

Binanın yaxınlığında 10-a yaxın birmərtəbəli ev var. Həmin evlərə və binan qarşısındakı dükanlara da od düşüb. Yanğın həmçinin binanın qarşısındakı zibilliyə də keçib.

AzadlıqRadiosunun hadisə yerində olan müxbirləri xəbər verirlər ki, yanğının qismən qarşısı alınsa da hələ ki, onu söndürmək mümkün olmayıb. Yanan binada əsasən Ağdam, Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı bildirilir. Amma digər işğal olunmuş rayonlardan da burada yaşayanlar az deyil.

İNSAN TƏLƏFATI YOXDUR

Yerli sakinlərin AzadlıqRadiosuna verdiyi məlumata görə, yanğın köhnə Trolleybus Parkı ilə Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin binası arasındakı ərazidə yerləşən yataqxanalardan birində baş verib. Yanğın binanın qarşısındakı bazara da keçib.

İnsan tələfatı yoxdur.

MƏCBURİ KÖÇKÜNLƏRİN YATAQXANASINDA YANĞIN

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, Binəqədi rayonunda «Ramin» şadlıq evinin yaxınlığındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 4-cü mərtəbəsində yanğın başlayıb.

Yataqxanada məskunlaşan sakinlər binanı tərk ediblər.

Yanğın zamanı bir neçə dəfə partlayış səsləri də eşidilib.

Hazırda yanğın davam edir.

Yanğın 5 mərtəbəli binanın 4 mərtəbəsini əhatə edir. Yanğın binanın yaxınlığındakı bazara da keçib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG