Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:14

XIN: Suriyadakı səfirlik öz işini normal rejimdə davam etdirir


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycanın Suriyadakı səfirliyi öz işini normal rejimdə davam etdirir.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildiriblər ki, səfirliyin fəaliyyətində hər hansı dəyişiklik yoxdur.

Diplomatik korpusun yerləşdiyi Dəməşq şəhərində hökumət və müxalifət qüvvələri arasında qızğın döyüşlər davam edir. Müxtəlif mənbələrin verdikləri məlumata görə, müxalifət qüvvələri şəhərin bir sıra məhəllələrini öz nəzarətinə götürməyə müvəffəq olub. Döyüşlərdə hər iki tərəfdən yüzlərlə insanın öldüyü bildirilir, bu say hər gün artmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG