Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Ərəb baharının son dayanacağı, pulları banklarda batan əmanətçilər ...


Mətbuat icmalı
Mətbuat icmalı
ƏRƏB BAHARININ SON DAYANACAĞI ...

«Bizim yol» qəzeti yazır ki, «ərəb baharı»nın son dayanacağı Suriya deyil. Qəzet bu fikirləri Türkiyənin Yaxın Şərq üzrə araşdırmaçılarından S. Kalemdaroğluna istinadla verir. Kalemdaroğlunun dediyinə görə, Ərəb baharı nəinki hazırda Suriya hökumətinin yanında olan ölkələrdə, hətta Suriya müxalifətini yaxından dəstəkləyən Yaxın Şərq ölkələrinə də təsirsiz ötüşməyəcək.

SİYAVUŞ NOVRUZOV AZƏRBAYCANLI İDMANÇI BARƏDƏ

«Yeni Azərbaycan» qəzeti YAP icra katibi, deputat Siyavuş Novruzovun London Olimpiya oyunlarında iştirak edən Azərbaycan idmançıları barədə fikirlərini dərc edib. Pekin Olimpiadasının qalibi Elnur Məmmədlinin Londonda məğlubiyyətindən təəssüfləndiyini bildirən S. Novruzov deyir ki, bəzi idmançılar olimpiadada bir dəfə uğur qazanandan sonra komfortlu həyata alışırlar. Onun fikrincə, əslində bu düz deyil. İdmançı növbəti yarışda qalib gələcəyinə arxayınlaşmamalıdır.

«ROYAL BANKDA» 41 MİLYON MANAT BATIB

«Yeni Müsavat» qəzeti yazır ki, əmanətçilərin «Royal Bankda» 41 milyon manatı batıb. Əmanətlərin Sığortalanması Fondu 58 milyon əmanətin yalnız 29 faizini - 7 milyon manatını qaytaracaq; mövcud bank qaydaları əmanətlərin mənimsənilməsinə yaşıl işıq yandırır. Avqustun 1-dən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu agent bankları vasitəsilə lisenziyası ləğv edilmiş «Royal Bank» ASC-nin əmanətləri qorunan əmanətçilərinə kompensasiyaların verilməsinə başlayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG