Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:25

Yarmarkada dana əti adı ilə at əti satılıb


Sumqayıtda keçirilən kənd təsərrüfatı yarmarkasında alıcılara dana əti adı ilə at əti satılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin iyulun 27-də şəhərin 8-ci mikrorayonundakı yarmarkada apardığı araşdırma zamanı məlum olub ki, Bərdə şəhər sakini Zaur Novruzov Bərdədən Sumqayıta 140 kq at əti, 25 kq camış əti, 18 kq isə qoyun əti gətirib və at ətini dana əti adı ilə kiloqramını 4-5 manatdan satıb.

Komitənin məlumatına görə, məhsul Sumqayıt şəhəri Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib və ətlərdən nümunələr götürülərək müayinələr üçün laboratoriyaya təqdim edilib.
XS
SM
MD
LG