Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24

BQXK nümayəndələri azərbaycanlı əsirlə görüşüblər


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın APA-ya verdiyi məlumata görə, başçəkmə zamanı əsirə ailəsindən bir «Qızıl Xaç» məktubu çatdırılıb, əsirdən isə iki «Qızıl Xaç» məktubu alınıb.

Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

Hazırda Azərbaycanda Ermənistan vətəndaşları olan bir ailə saxlanılır. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG