Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:53

ABŞ Dövlət Departamenti Azərbaycanın terrorizmlə mübarizədə uğurlarından yazır


Arxiv fotosu: Bu ilin aprelində terror xəbərdarlığı zamanı ABŞ Konqresinin binası qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.

Arxiv fotosu: Bu ilin aprelində terror xəbərdarlığı zamanı ABŞ Konqresinin binası qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.

-


ABŞ Dövlət Departamenti 2011-ci ildə dünyada terrorla mübarizəyə dair hesabatını yayıb. Sənəddə qeyd edilir ki, ciddi təhlükələr hələ mövcud olsa da, keçən il terrorla mübarizə sahəsində ciddi uğurlarla yadda qalır.

2011-CI ILDƏ ÖLDÜRÜLƏN TERROR TƏŞKILATI RƏHBƏRLƏRI

Hesabat müəllifləri keçən il tanınmış terrorçu qrupların rəhbərlərinin öldürüldüyünü xatırladırlar:

May, 2011 – al-Qaeda terror təşkilatının qurucusu və lideri Osama bin Laden Pakistanda öldürüldü.

İyun, 2011 - Cənubi Asiyada qanlı terror əməliyyatları həyata keçirən İlyas Kashmiri Pakistanda öldürülüb.

İyun, 2011 - 1998-ci ildə ABŞ-ın Kenya və Tanzaniyadakı səfirliklərinə terror hücumu təşkil etmiş və al-Qaedanın Şərqi Afrikada ən tanınmış liderlərindən olan Harun Fazul Somalinin keçid hökuməti tərəfindən öldürülüb.

Avqust, 2011 - Osama bin Laden`in ölümündən sonra al-Qaedanın əməliyyatlarına rəhbərlik edən Atiya Abdul Rahman Pakistanda öldürülüb.

Sentyabr, 2011 - al-Qaedanın Ərəb yarımadasındakı əsas təmsilçisi Anwar al-Aulaqi Yəməndə öldürülüb.

Hesabatda bildirilir ki, sadalanan itkilər al-Qaedanı tənəzzülünə gətirib. Vurğulanır ki, Pakistanın şərqində al-Qaeda və onun tərəfdaşları sıxışdırılsa da, bu terror şəbəkəsinin qalıqları hələ də Pakistanın digər regionlarında, habelə Ərəb yarımadasında mövcudluqlarını qoruyurlar.

DAİMİ NARAHATLIQ MƏNBƏYİ: TERRORİZMƏ SPONSORLUQ

Dövlət Departamenti qeyd edir ki, Pakistanda ekstremist qrupların dolayı maliyyələşməsi və İranın “terrorizmə sponsorluğu” daimi narahatlıq mənbəyi olaraq qalır.

Tehran rəsmiləri adətən Vaşinqtondan səslənən terrora dəstək iddialarını yalan adlandırır, ABŞ-ı Yaxın Şərqdə qeyri-sabitlik mənbəyi adlandırır.

AZƏRBAYCANDA ƏN MÜASIR ANTI-TERROR LABORATORIYASI QURULUB

Hesabatın Azərbaycandan bəhs edən bölümündə qeyd edilir ki, Bakı Qafqazdan canlı qüvvə, pul və təchizat materiallarına nəzarət etməklə fəal şəkildə terrorizmə qarşı durur. Azərbaycan hökumətinin terror fəaliyyətlərinin cilovlanması sahəsindəki uğurları da hesabatda qeyd olunur. Bildirlir ki, hüquq-mühafizə orqanları terrorçu qrupları və bu qruplara dəstək verənləri Azərbaycanda təqib edir, sərhəd təhlükəsizliyini gücləndirir:

“Azərbaycan hökuməti Mərkəzi Ekspertiza Laboratoriyasını müasirləşdirib. Burada quraşdırılmış ən müasir avadanlıqlar potensial bioterrorizm təhlükələrinə qarşı birgə əməkdaşlığa imkan verir.

Azərbaycan hökuməti Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının alınmasına dair Proqram çərçivəsində Xəzər sahilində hərbi dəniz, sahil mühafizə qüvvələri, dövlət sərhəd xidmətində 7 radar stansiyasının işinə nəzarəti öz üzərinə götürüb. Bu stansiyalar dəniz müşahidə və potensial qaçaqçılıq fəaliyyətinin aşkarlanması funksiyasını daşıyır.” - deyə Azərbaycanın xidmətləri haqda sənəddə yazılır.

Hesabatda həmçinin məlumat verilir ki, ABŞ təhlükəsizlik orqanlarının yardımı ilə Azərbaycanın Dövlət Sərhəd Xidməti Gəncə Beynəlxalq Hava Limanında yeni müşahidə avadanlığı quraşdırıb. Eyni zamanda ABŞ-ın texniki dəstəyi ilə Milli Kommunikasiya Sistemi yaradılıb. Həmin sistem ölkənin müxtəlif sərhəd keçid məntəqələrindən gələn informasiyanın mərkəzləşdirilməsi və təhlilinə imkan verir.

Dövlət Departamenti Azərbaycanın terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasındakı uğurlarını da qeyd edir: “Azərbaycan həmçinin terrorizmin maliyyələşdirilməsinə qarşı Komitənin (Moneyval) üzvüdür. Hökumət pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə getdikcə daha çox peşəkarlıq nümayiş etdirir. 2009-cu ildə bu sahədə fəaliyyəti tənzimləmək üçün ayrıca qanunlar qəbul edilib” – deyə sənəddə vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG