Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41
Azərbaycan ordusunda ölümlə nəticələnən insident baş verib.

Ölən Goranboydakı “N” saylı hərbi hissənin əsgəri Mehdi Sultanovdur.

İlkin ehtimala görə, o tabeliyində olan silahdan açılan atəş nəticəsində ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma gedir.

Mehdi Sultanov Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağrılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG