Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 11:12

İctimai Palata 48 milyardın hesabatını tələb edir...


İctimai Palatada dinləmələr, 31 iyul 2012
İctimai Palatada dinləmələr, 31 iyul 2012
-
İyulun 31-də İctimai Palata son 19 il ərzində Azərbaycandan offşor zonalara yerləşdirildiyi bildirilən 48 milyard dollarla bağlı dinləmələr keçirib.

Məsələyə dair xüsusi məruzə ilə çıxış edən İP İqtisadiyyat komissiyasının sədri Qubad İbadoğlu bildirib ki, əslində ölkədən çıxarılan vəsait 48 milyard dollardan daha çoxdur. Ekspert bu pulların müəyyən edilib Azərbaycana qaytarılması üçün beynəlxalq təşkilatlarla işbirliyini nəzərdə tutan təkliflər irəli sürüb.

ADAMBAŞINA 5300 DOLLAR...

AXCP sədri Əli Kərimli deyib ki, offşor zonalara çıxarılmış 48 milyard dollar Azərbaycan vətəndaşları arasında bölünsə, adambaşına 5300 dollar düşür. İctimai Palatada dinləmələr

İctimai Palatada dinləmələr

İctimai Palatada dinləmələr
Your browser does not support iframes.
Onun fikrincə, bu hesabla ölkədəki iqtidar ölkədə hər ailədən orta hesabla 20 min dollar oğurlamış olur.

Müsavat başqanı İsa Qəmbər də iqtidarın xalqdan nə qədər oğurladığını tam təfərrüatı ilə cəmiyyətə anlatmağın zəruri olduğunu düşünür. O deyir ki, söhbətin necə böyük vəsaitdən getdiyini insanlara sadə və konkret misallarla izah etmək lazımdır.

Müzakirələr zamanı İP Koordinasiya Şurasının üzvü, sabiq ədliyyə generalı Vidadi Mirkamal, qurumun Korrupsiyaya qarşı mübarizə komissiyasının sədri Mirvari Qəhrəmanlı və iqtisadçı-ekspert Məhəmməd Talıblı bu vəsaitlərin geri qaytarılma imkanlarını da diqqətə çatdırıblar.

İCTİMAİ PALATANIN TƏKLİFLƏRİ...

Təklif edilib ki, offşor zonalarda olan vəsaitlər barədə Azərbaycanda iki il öncə yaradılmış Maliyyə Monitorinqi Xidmətindən hesabat tələb olunsun. Ölkədə gəlirlərin və əmlakın elan edilməsi ilə bağlı bəyannamənin qəbulu istiqamətində kampaniyaya başlanılsın. Bundan başqa, Azərbaycanın Avropa Şurasının Varşava Konvensiyasına qoşulması da təklif edilib.

Ötən həftə «Tax Justice Network» (TJN) qeyri-kommersiya təşkilatının «The Price of Offshore Revisited» hesabatında Azərbaycan vətəndaşlarının offşor zonalarda 48 milyard dollar vəsaitinin olduğu bildirilib.

Hələlik hökumət rəsmilərindən bu sənədlə bağlı hər hansı şərh səslənməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG