Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:32

Konqresmenlər İrana qarşı yeni sanksiyaları nəzərdən keçirir


ABŞ Senatı və Nümayəndələr Palatasının üzvləri İrana qarşı yeni sanksiyalar paketi hazırlayıblar.

Artıq avqustun 1-də sənəd Senatda səsə qoyula bilər.

Sənəddə İranın energetika, yükdaşıma və sığorta şirkətlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edilməsi nəzərdə tutulur.

ABŞ müdafiə naziri Leon Panetta Tunisə səfəri zamanı deyib ki, İranı nüvə iddiasından döndərmək üçün ona qarşı daha kəskin sanksiyalar tətbiq etmək lazımdır.

Panetta Yaxın Şərq və Şimali Afrika ölkələrində 5 günlük səfərdədir.

Qərb ölkələri hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG