Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:36

6 ayda 9 mütəşəkkil dəstə zərərsizləşdirilib


Bu ilin 6 ayı ərzində 396 cinayətkar qrup, 49 nəfərdən ibarət 9 mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə iyulun 31-də Daxili İşlər Nazirliyində 2012-ci ilin 6 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, təqsirləndirilən şəxslərin axtarışında da müsbət təmayül qeydə alınıb. Yerli, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 47 təqsirləndirilən şəxs tutulub, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən 48 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyənləşdirilib.

Hesabat dövründə cinayətlərin açılması 3,8 faiz yaxşılaşaraq 87,2 faizə yüksəlib, açılmış cinayətlərin sayı 10 faiz və ya 861 fakt çox olub.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 212, habelə əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində «isti izlərlə» 487, elmi-texniki vasitələrlə 1796 cinayət açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG