Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:43

Tymoshenkonun məhkəməsi avqustun 14-də olacaq


Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenkonun məhkəməsi avqustun 14-ə qədər təxirə salınıb. Bu günkü prosesdə dövlət ittihamçısı onun məhkəmədə iştirak etməsini tələb etmişdi. Bundan əvvəl isə Yulia Tymoshenko səhhəti ilə bağlı məhkəmədə iştirak etmək istəmədiyini bildirmişdi. Hazırda o Xarkov xəstəxanasında müalicə olunur.

Hazırkı məhkəmədə Yulia Tymoshenko 1990-cı ildə rəhbərlik etdiyi “Ukraynanın vahid enerji sistemi” şirkətinə rəhbərlik etdiyi vaxt maliyyə fırıldaqlarında ittiham olunur. Bu onun ikinci məhkəməsidir.

Birinci məhkəməsində Tymoshenko 2009-cu ildə baş nazir olduğu vaxt hökumətin razılığı olmadan Rusiya ilə qaz müqaviləsi imzalamaqda, dövlətə 200 milyon dollar ziyan vurmaqda ittiham olunub. Buna görə 7 il azadlıqdan məhrum edilib.

Məhkəmə avqustun 14-ə qədər təxirə salınıb.
XS
SM
MD
LG