Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:57
-
Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi tərəfindən «Qafqaz amazonları» mövzusunda sərgi və beynəlxalq elmi konfrans təşkil ediləcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Xəbərdə bildirilir ki, sərginin təşkili məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan, Dağıstan, Gürcüstan və İranın müxtəlif bölgələrinə elmi ekspedisiyalar planlaşdırılır.

Sərgidə Azərbaycan, Rusiya (Dağıstan), İran, Almaniya, və Gürcüstanın müxtəlif mənbələrindən (dövlət və şəxsi kolleksiyalardan) əldə ediləcək tarixi və arxeoloji artefaktların təqdim edilməsi nəzərdə tutulur.

Xəbərdə vurğulanır ki, sərgi materiallarının seçilməsi üçün 16-27 iyul tarixində Nuridə Atəşi və nazirliyin əməkdaşı Azərbaycanın müxtəlif regionlarına - Qəbələ, Qax, Oğuz, Zaqatala, Şəki, Balakən, Mingəçevir, Gəncə, Göygöl, Şəmkir, Bərdə, Quba, Xaçmaz və Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Növbəti səfər sentyabrda Dağıstan, Gürcüstan və İrana olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG