Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:08

London-2012: Cüdoçu Ramilə Yusubova da məğlub oldu


-
İyulun 31-də London Yay Olimpiadasında 63 kq çəki dərəcəsində mübarizə aparan Ramilə Yusubova 1/8 final mərhələsində cənubi koreyalı Joung Da-Woon-la qarşılaşıb. Cənubi koreyalı idmançı Yusubovanı ipponla məğlub edib.

Bu gün dörd il əvvəl Pekin olimpiadasında çempion olmuş Elnur Məmmədli (81 kq) də məğlub olub.

Onlara qədər Azərbaycan cüdoçularından İlqar Muşkiyev (60 kq) və Kifayət Qasımova (57 kq) da ilk döyüşdə uduzmuşdu. Rüstəm Orucov (73 kq) 1/8 finalda məğlub olub. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurub.
XS
SM
MD
LG