Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:05
Azərbaycan prezidentini Cəlilabadda qara lentlə gözləyirlər. Prezident İlham Əliyev Cəlilabadda yeni istifadəyə verilən Heydər Əliyev adına yaradıcılıq mərkəzini açarkən bəzi sahibkarlar da öz iş yerlərinin dağıntılarına bağladıqları qara lenti kəsəcəklər. Bunu AzadlıqRadiosuna 52 yaşlı Cəlilabad sakini Rüstəm Rüstəmov deyib.

«Biz illərdi Azərittifaqa məxsus binanın icarədarlayıyıq. Aramızda bu binanın payçıları da var. Mənim blyard salonum var idi orada. Övladlarım işlədirdi. Birinin mebel dükanı, digərinin başqa biznesi vardı. Bina açılışı olacaq Heydər Əliyev Yaradıcılıq Mərkəzindən bir qədər aralıda yerləşirdi. İki mərtəbəli qəşəng bina idi. Mərkəzə heç bir maneəçiliyi də yox idi. Gecəynən uçurtdular, hamımız işimizi itirdik. İndi onun dağıntılarına qara lenti bağlamışıq ki, mərkəzin açılışı olanda bunu da kəssinlər».

Rüstəm Rüstəmovdan başqa AzadlıqRadiosuna sahibkarlardan Afət Hüseynov, Əlipənah Rzalı da şikayət edib. Onların demələrinə görə, iyulun 31-də rayonun mərkəzi küçələrinə giriş məhdudlaşdırılıb. Yaradıcılıq mərkəzinin yerləşdiyi Heydər Əliyev prospekti Təbriz Küçəsindən 1 may küçəsinədək bağlanıb. Sakinlərin deməsinə görə, bu əraziyə heç kim buraxılmır.

«NƏ MAŞINLARI, NƏ DƏ PİYADALARI GETMƏYƏ QOYURLAR»

Əlipənah Rzalı: «Heydər Əliyev Adına yaradıcılıq mərkəzindən iki kilometr məsafədə yolları və ara küçələri bağlayıblar. Nə maşınları, nə də piyadaları keçib getməyə qoyurlar. Polis şikayət etmək üçün yaxınlıqda dayanıb prezidenti gözləyən qadınları döyərək oradan uzaqlaşdırıb. O ətrafda yaşayanları evlərdən çıxmağa qoymurlar. Xəstəxananın, doğum evinin yolu bağlanıb. Adamlar xəstələrini apara bilmədiyi üçün narazılıqla geri qayıdırlar. Rayonda dövlət idarələri, mağazalar bağlanıb».

Rayon icra hakimiyyətindən iyulun 31-də prezidentin Cəlilabada səfər edəcəyini təsdiqləsələr də, yolların bağlandığı, gediş-gəlişin məhdudlaşdırıldığı barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirdilər.

Cəlilabad rayon polis şöbəsindən AzadlıqRadiosuna növbətçi Aslanov da bildirib ki, rayonda heç bir yol bağlanmayıb: «Heç kimə də mane olunmur». Polisdən bildirildiyinə görə, kim hara istəyir keçib gedir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG