Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:49
QƏBƏLƏ RLS BOŞALDILIR

«Yeni Müsavat» qəzeti yazır ki, Qəbələ RLS-də qiyam baş verib. Stansiyada xidmət keçən zabitlərin ailələri Rusiya prezidenti Vladimr Putinə şikayət göndərib. Qəzet qeyd edir ki, Azərbaycan icarə haqqı üçün 300 milyon tələb etdiyinə görə RLS-in boşaldılması prosesi başlayıb, ixtisara düşənlərin yaşamağa yeri yoxdur.

RADİKAL MÜXALİFƏTİN ENERJİSİ BİTİB

«Yeni Azərbaycan» qəzeti müxalifətə ünvanladığı yazıda qeyd edir ki, radikal düşərgə yenə də çay gəlməmiş çırmanıb. Ölkədə prezident seçkilərinə bir ildən də artıq vaxt qalmasına baxmayaraq radikal müxalifət bütün enerjisini xərcləyib bitirib. Qəzetin yazdığına görə, sivil seçki yolu ilə hakimiyyətə gələ bilməyəcəyini anlayan radikal düşərgədə hazırda acınacaqlı vəziyyət yaranıb.

İNFORMASİYA PULLU OLACAQ

«Azadlıq» qəzetinin yazdığına görə, bundan sonra Azərbaycanda informasiya sorğuları pullu olacaq. Belə ki, bir çox hallarda informasiya sahibi sorğuçudan haqq tələb edəcək. Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə əsasən sorğuçu təkrar sorğuya, irihəcmli sorğuya, icrası bir dəfəyə mümkün olmayan sorğuya və bir sıra başqa şərtlərə görə informasiya sahibinə haqq ödəməli olacaq.

PREZİDENT YANĞININ NƏTİCƏLƏRİ İLƏ MARAQLANIB

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin iyulun 20-də yanğından zərər görmüş Heydər Əliyev mərkəzinə baş çəkdiyini yazır. Qəzet bildirir ki, dövlət başçısına mərkəzin muzey hissəsinin tavanında baş vermiş yanğının nəticələri barədə məlumat verilib. İlham Əliyev bu nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG