Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:39

Binəqədi və Nərimanovun su təchizatında fasilələr olacaq


İki gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

«Azərsu» ASC-nin mətbuat xidmətinin məlumatına görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Bakı şəhəri Binəqədi rayonunun Əhməd Rəcəbli küçəsində uzun müddət istismarda olan polad borulardan ibarət su kəməri 700 mm diametrli polietilen borularla çəkilmiş 750 mm-lik magistral su xətti ilə dəyişdirilib.

Yeni çəkilmiş su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədar 31 iyul və 1 avqust tarixlərində paytaxtın Binəqədi və Nərimanov rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.
XS
SM
MD
LG