Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:36

IV ixtisas qrupu üzrə iki abituriyent 700 bal toplayıb


2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 27-də keçirilmiş qəbul imtahanın nəticələri açıqlanıb.

TQDK-nın internet saytının məlumatına görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 15408 abituriyentlərdən 1010 nəfəri imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 31-i qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Test imtahanının nəticəsinə əsasən 2973 abituriyent (xüsusi qabiliyyət tələb edən və aqrar ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 2 nəfər maksimal nəticə - 700 bal toplayıb.

İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə «Abituriyent» jurnalının 3-cü sayında dərc olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG