Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Azərbaycanda bir neçə xəbər saytına girmək mümkün olmur



Azərbaycanda bir neçə xəbər saytına girmək mümkün olmur. musavat.com, qafqaz.info, publika.az və trend.az saytları açılmır.

modern.az saytı musavat.com-un redaktoru Xalid Kazımlıya istinadla yazır ki, onların saytlarına Türkiyədə fəaliyyət göstərən telekommunikasiya şirkətinə məxsus İP-lərdən haker hücumu var:

“Saytımıza xidmət göstərən provayder şirkəti daha artıq ziyan dəyməməsi üçün onun fəaliyyətini məhdudlaşdırıb. Hücumun nəyə görə başlaması barədə əlimizdə mötəbər informasiya yoxdur, yalnız müəyyən gümanlar var. Hesab edirik ki, bu, saytımızda gedən “Böyük Kürdüstan” dövlətinin yaranması ehtimalı barədə yazıdan narazı qalan qüvvələrin sifarişi ola bilər”, - deyə sayt redaktoru əlavə edib.

Hazırda sayta xidmət göstərən hostinq şirkətinin problemin həlli ilə məşğul olduğunu deyən X.Kazımlı bildirib ki, yaxın saatlarda musavat.com-un öz fəaliyyətini bərpa etməsi mümkün olacaq.
XS
SM
MD
LG