Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:35

Qazaxıstan polisi Almaatıda 6 “bandit” öldürdüyünü deyir



Qazaxıstan polisi Almaatı şəhərində apardığı əməliyyat nəticəsində 6 silahlı şəxsi öldürdüyünü bildirir. İyulun 29-da bu şəhərdə polis əməkdaşı öz evində öldürüləndən və biri də yaralanandan sonra Daxili İşlər Nazirliyi həmin 6 silahlı şəxsi bir evdə mühasirəyə almışdı.

Polisin məlumatına görə öldürülən adamların hamısı əvvəllər oğurluq, soyğunçuluq və təcavüzkarlıq kimi cinayətlərə görə həbsdə yatmış adamlardır.

Daxili İşlər Nazirliyi polis və xüsusi xidmət orqanlarının apardığı xüsusi əməliyyat zamanı silahlıların gizləndikləri binadan 130 sakinin çıxarıldığını və sonra da hücum təşkil etdiyini bildirirlər. Rəsmi xəbərdə deyilir ki, təslim olmaqda imtina edən silahlılar öldürülüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG