Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:07

H.Əliyevin doğum günündə Naxçıvanda baş vermiş əlamətdar hadisə...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 12 may 2012. sayı: 88 (20.493)


DAĞ KƏNDLƏRİNDƏ YENİ QURUCULUQ ÜNVANLARI

Ordubad rayonunun ucqar yaşayış məntəqələrindən olan Biləv kəndində Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsi üçün yeni inzibati bina inşa olunur. İkimərtəbəli nəzərdə tutulan obyektdə hörgü işləri davam etdirilir, çardaq vurulması üçün hazırlıq görülür. 13 iş otağından, iclas zalı, bufet və qazanxanadan ibarət olacaq binada asayiş keşikçilərinə hərtərəfli iş şəraiti yaradılacaqdır. Ordubad Rayon Tikinti – Quraşdırma İdarəsinin inşaatçıları gördükləri işin keyfiyyətini diqqət mərkəzində saxlayırlar. Adıçəkilən tikinti təşkilatının bir qrup inşaatçısı Biləv kənd icra nümayəndəliyinin tərkibində olan Behrud kəndində 110 şagird yerlik tam orta məktəb və kənd mərkəzinin binalarının tikintisində çalışır.
Məktəb binası zirzəmi ilə birlikdə üç, kənd mərkəzi isə iki mərtəbədən ibarət olacaq. Hər iki obyektdə inşaat işləri sürətlə davam etdirilir.

CULFADA BİR GÜNDƏ BEŞ CƏRRAHİ ƏMƏLİYYAT APARILMIŞDIR

Son illərin quruculuq ünvanlarından biri olan Culfa Rayon Mərkəzi Xəstəxanasında əhalinin müayinə və müalicə olunması üçün lazımi şərait yaradılıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə bu səhiyyə müəssisəsinin tarixində əlamətdar hadisə baş vermiş, ilk dəfə olaraq bir gündə beş xəstə üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Bu əməliyyatlar Naxçıvan Diaqnostika – Müalicə Mərkəzinin cərrahı İsa Abdullayev, anestezioloq Ənvər Şıxəliyev və əməliyyat blokunun tam heyəti tərəfindən həyata keçirilmişdir. Əməliyyat olunan xəstələr – Elza Hüseynova, Sənan Quliyev, Xudaqulu Məmmədov, Əhməd Quliyev, Vahid Rüstəmov bir günlük müşahidədən sonra evlərinə buraxılmışlar.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Vergi ödəyiciləri ilə maarifləndirici görüş
- Əhalinin yanğın təhlükəsizliyi məqsədilə reydlər davam edir
- Elmi – praktik seminar
XS
SM
MD
LG