Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:27

Rumıniya prezidenti impiçmentdən xilas oldu



Rumıniya prezidenti Traian Basescu onun impiçment qaydasında vəzifəsindən kənarlaşdırılması barədə referendumdan salamat çıxdı. Referenduma gələnlərin sayı seçicilərin 50 faizinə çatmadığında səsvermə baş tutmayıb.

Rumıniya Mərkəzi Seçki Komissiyasının məlumatına görə səsvermə hüququ olanların 46 faizi ferendumda iştirak edib. Bu da referendumun baş tutmamağı deməkdir. Basescu və sağ-mərkəzçi müxalifət əhalini bazar günü keçirilən referendumu boykot etməyə çağırmışdı.

Referendum sol-mərkəzçi Baş nazir Victor Ponta`nın tələbilə keçirilirdi. O, bu ilin mayında hökumət başına gələndən bəri prezidenti ölkədə demokratiyanın vəziyyətinə, qanunun aliliyini pozmaqda ittiham edərək impiçment qaydasında hakimiyyətdən uzaqlaşdırmağa çalışırdı.
XS
SM
MD
LG