Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:28

AXCP fəalı Şahin Həsənli Bakı İstintaq Təcridxanasına köçürülüb


-
Bu barədə AzadlıqRadiosuna onun vəkili Əlayif Həsənov məlumat verib.

Vəkil deyir ki, apellyasiya şikayətinə baxılması üçün 3 gün əvvəl 14 saylı həbsxanadan Bakı İstintaq Təcridxanasına köçürülən Şahin Həsənli şəraitsiz yerdə saxlanır:

«Mən bu barədə məlumat alandan sonra iyulun 30-da onunla görüşdüm. Məlum oldu ki, köçürüldüyü 3 gün ərzində o, vərəm xəstələri və narkomaniyadan əziyyət çəkən məhbuslarla bir yerdə saxlanılıb. Bundan başqa, etirazlarına baxmayaraq, o, rentgen müayinəsindən keçirilib».

Əlayif Həsənov müdafiə etdiyi şəxsə qarşı atılan bu addımı normal hesab etmir. Amma deyir ki, onun məsələyə müdaxiləsindən sonra təcridxana rəhbərliyi anlaşılmazlıq olduğunu bildirib və Şahin Həsənli adi həbsxana kamerasına yerləşdirilib.

Şahin Həsənlinin cəzasının qalan hissəsindən azad olunması ilə bağlı müraciətini bir qədər əvvəl Qaradağ rayon Məhkəməsi rədd edib.

Bundan sonra o, məhkəmənin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Şikayətə avqustun 7-də baxılacaq. Həmin müddətə qədər Şahin Həsənli Bakı İstintaq Təcridxanasında saxlanacaq.

Şahin Həsənli İctimai Palatanın 2 aprel aksiyasından əvvəl - martın 31-də, Şəmkirdə dostunun evində olarkən saxlanıb. O, qanunsuz odlu silah saxlama maddəsi ilə ittiham olunur.
XS
SM
MD
LG