Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:30

İranın Xarici İşlər nazirinin müavini Bakıya gəlir


İranın Xarici İşlər nazirinin müavini Bakıya gəlir
İranın Xarici İşlər nazirinin müavini Abbas Araqchi gələn həftə Bakıya gələcək. Bu barədə İranın Bakıdakı səfirliyindən Mehr xəbər agentliyinə bildiriblər.

Nazir müavini Abbas Araqchinin səfəri əvvəlcə iyulun 27-ə təyin edilmişdi. Amma sonrada xəbər verilib ki, hər iki ölkədə rəsmilərin gündəliyi sıx olduğu üçün səfərin vaxtı dəyişdirilir.

İyulun sonların İranın Təhsil naziri Hamid Reza Haji-Babaee də Bakıda səfərdə olub. Rəsmi məlumata görə o, İran prezidentinin azərbaycanlı həmkarını Tehrana dəvət məktubunu çatdırıb. Bu barədə yayılan rəsmi xəbərdə deyilirdi ki, Mahmud Ahmadinejad İlham Əliyevi avqustun sonlarında Tehranda keçirilən beynəlxalq konfransa dəvət edir.

Azərbaycan mediası yazır ki, İranın Təhsil naziri Xarici İşlər nazirinin müavinin Bakıya səfəri zamanı İranda saxlanan gənc azərbaycanlı şairlərin vəziyyətinin də müzakirə ediləcəyini deyib.

Gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə bu il mayın 2-də Bakıya qayıdarkən Təbrizdə həbs ediliblər. İran mediası onların casusluqda ittiham edildiklərini bildirsələr də özləri Azərbaycan konsulluğuna İrana qanunsuz gəlməkdə ittiham edildiklərini deyiblər. Amma hələlik İrandan onların niyə saxlanmalarına rəsmi izah verilməyib. Gələn həftə İranda gənc şairlərin məhkəməsi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG