Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:42

Azərbaycanlıların 70 faizi iş tapmaqda çətinlik çəkir


Foto: Arxiv
Foto: Arxiv
-
«Gallup» Mərkəzi 146 ölkədə iş tapmağın asan, yaxud çətin olması ilə bağlı sorğu keçirib. Dünya əhalisinin əksəriyyəti ötən ili iş tapmaq üçün çox pis vaxt kimi dəyərləndirib. İşləmək qabiliyyətində olan əhalinin 57 faizi deyib ki, onların ölkələrində iş tapmaq çətindir. 33 faiz isə iş tapmaq imkanlarının qənaətbəxş olduğunu bildirib.

Ən pessimist insanlar Avropada olub. Rəyi soruşulanların 72 faizi iş tapmaq məsələsində bədbin olduqlarını bildiriblər. Ən nikbinlər isə ABŞ-da olub. Bununla belə, Birləşmiş Ştatlarda rəyi soruşulanların yalnız 38 faizi keçən ili iş tapmaq baxımından qənaətbəxş sayıb.

Əhalisi nikbin olan 10 ölkə içərisində yalnız 1 inkişaf etmiş ölkə var – Sinqapur. Qalanlar inkişaf etməkdə olan ölkələrdir. Onların arasında 4-ü neftlə zəngin körfəz ölkələridir - Səudiyyə Ərəbistanı, Oman, QətərKüveyt.

AVROPALILARIN BƏDBİNLİYİ 2012-Cİ İLDƏ DƏ DAVAM EDƏCƏK

Ən pessimist 10 ölkəyə gəldikdə isə, onlardan 6-sı Avropa Birliyi ölkələridir. Onların arasında Yunanıstanİrlandiya öndə gəlir. Bu ölkələrdə rəyi soruşanlar bir qayda olaraq iş tapmağın çox çətin olduğunu bildiriblər. Avrozonada borc probleminin həllini tapmaması belə deməyə əsas verir ki, avropalıların bu bədbinliyi 2012-ci ildə də davam edəcək.

Misirdə Hosni Mubarak'in devrilməsi ilə başa çatan siyasi çaxnaşmalar isə ölkənin turizm, sənaye və tikinti sahələrinə ciddi təsir göstərib. Bunun nəticəsidir ki, hər 10 misirlidən 9-u iş tapmağın müşkül məsələ olduğunu bildirib. Misirdə hökumət qurulması prosesi getdiyindən burada da bədbin düşüncənin 2012-ci ildə də davam edəcəyi proqnozlaşdırılır.

Rəy sorğusuna görə, Azərbaycanda fikri soruşulanların 18 faizi deyib ki, 2011-ci il iş tapmaq baxımdan yaxşı il olub. 70 faizi isə əksini düşünür, keçən ilin iş tapmaq baxımından çətin olduğunu deyir. 12 faiz «bilmirəm» cavabını verib.

İŞSİZLİK DAHA ÇOX GƏNCLƏR ARASINDADIR

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul bildirir ki, Azərbaycanda işsizlik böyük problemdir. İşsizlikdən ən çox əziyyət çəkən isə gənclərdir:

«2012-ci ilin aprelinə olan rəsmi statistikaya görə, Azərbaycanda 248 000 işsiz var. Təbii ki, rəsmi statistika bütövlükdə real şəraiti əks etdirmir. Bunu bilmək üçün rəsmi statistikaya da baxmaq lazım deyil. Ətrafımızda, qohumlarımızda, qonşularımızda görürük ki, işsizlər daha çoxdur. Azərbaycanda işsizliyin xarakterik xüsusiyyətlərindən biri odur ki, işsizlik daha çox gənclər arasındadır. Son illər müəyyən vədlər verilsə də, təxminən 1 milyona yaxın iş yerinin yaradılması haqqında fikirlər səsləndirilsə də, bunlar bir qədər şişirdilmiş rəqəmlərdir. O yeni iş yerlərini harada yaradılması, neçəsinin mövsümü, neçəsinin daimi olması, onlardan hansının nə vaxt bağlanması haqqında məlumatlar yoxdur».

Ermənistanda rəyi soruşulanların 6, Gürcüstanda isə 14 faizi keçən ili iş tapmaq baxımından yaxşı il adlandırıb.

«Gallup» bu rəy sorğusunu 146 ölkədə telefonla və üzbəüz müsahibələrlə keçirib. Rəy sorğusunda 15 yaşdan yuxarı təxminən 1000 nəfər iştirak edib.

İnsanların iş tapmağa nə qədər ümidli olub-olmaması həmin ölkənin iqtisadiyyatının dayanıqlılığının əsas göstəricilərindən biri sayılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG