Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:13

Osama bin Ladenin gizləndiyi evin yerində məktəb tikilir


Pakistan hökuməti Al-Qaeda lideri Osama bin Ladenin dağıdılmış evinin yerində məktəb, ya da yoxsuallara yardım evi tikməyi planlaşdırır. Pakistanın Dini İşlər naziri AzadlıqRadiosunun Pakistan xidmətinə deyib ki, hökumət Abbottabad qəsəbəsində həmin binanın yerləşdiyi ərazini dövlət mülkiyyəti elan edib.

2011-ci ilin mayında bin Laden Abottabad qəsəbəsində gizləndiyi həmin evdə ABŞ xüsusi xidmət orqanları tərəfindən öldürülüb. Bundan sonra hökumətin onun gizlədiyi evi də dağıdıb ki, Al-Qaeda tərəfdarlarının ziyarətgahına çevrilməsin.
XS
SM
MD
LG