Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:11
-
«Kür» Vətəndaş Cəmiyyətinin fəalı İlham Əmiraslanov saxlandığı istintaq təcridxanasında ağrılardan əziyyət çəksə də, ona tibbi yardım göstərilmədiyini iddia edir.

Cəmiyyətin koordinatoru Oqtay Gülalıyev deyir ki, İ.Əmiraslanov iyulun 30-da ona göndərdiyi məktubda bu barədə məlumat verib:

«Məktubda yazır ki, onu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin əməkdaşları müayinə ediblər və sol qulaq pərdəsinin deşilməsi əlamətini tapıblar. Amma indiyə qədər bunun müalicəsi ilə bağlı heç bir addım atılmayıb. Bundan başqa o yazır ki, həbs olunan gündən indiyə qədər başında, qulağında, ürəyində, qabırğalarında ağrılar var, amma onu müalicə etmirlər. Ağrılardan əziyyət çəkən məhbusa yardım göstərilməməsi işgəncə faktıdır».

TİBB BAŞ İDARƏSİNİN RƏİSİ: ONUN MÜALİCƏYƏ EHTİYACI YOXDUR

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev isə Azadlıqradiosuna müsahibəsində İlham Əmiraslanovun müalicəyə ehtiyacı olmadığını deyib:

«Onun müalicəyə ehtiyacı yoxdur. Çünki Tibb baş idarəsinin həkimləri İlham Əmiraslanovu müayinə ediblər və onda müalicəyə əsas verəcək hər hansı patoloji hal aşkarlanmayıb».

İLKİN İFADƏDƏN İMTİNA

Oqtay Gülalıyev

Oqtay Gülalıyev

O.Gülalıyev deyir ki, İ.Əmiraslanov məktubunda istintaqa verdiyi ilkin ifadəsindən də imtina etdiyini yazıb:

«Deyir ki, ondan ilkin ifadələr işgəncə altında alınıb və məcbur olub silahın ona məxsus olduğunu yazıb. Amma indi bu ifadəsindən imtina edir. Deyir, həbs edilən zaman yanında adamlar olub, onlar da görüblər ki, onun üstündə heç bir silah olmayıb. Həmin adamların heç biri dindirilməyib və heç istintaq da aparılmayıb».

İ.Əmiraslanov iyunun 8-də təqsirləndirilən şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, qanunsuz silah saxlamaqda ittiham edilir. Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, iyunun 8-də İ.Əmiraslanovun üzərinə baxış keçirilib. Onun üzərindən «Makarov» tipli tapança, evindən isə patron və patron darağı götürülüb.

İ.Əmiraslanov özü və yaxınları isə ittihamı uydurma hesab edirlər. Bildirirlər ki, o, ictimai fəallığına, daşqınlardan əziyyət çəkənlərin hüquqlarını müdafiə etdiyinə görə həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG