Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:10

3 ildir lift işləmir


Foto: Arxiv
Foto: Arxiv
-
Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 152 saylı binanın sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət ediblər ki, 13 ildir binada lift işləmir. Müxtəlif qurumlara yazdıqları saysız-hesabsız məktublara cavab da almırlar. Aldıqları cavablarda isə bildirilir ki, kooperativ binaların lift problemini dövlət idarələri həll etmir.

Binanın 9-cu mərtəbəsində yaşayan Raisa Musayeva:

«72 yaşım var, təqaüdçü adamam, evdə əlil oğlum və gözü görməyən həyat yoldaşım var. 13 ildir zülmdəyik. Evi də sata bilmirik, gələn müştəri əvvəl binanın kommunal məsələləri ilə maraqlanır. Biləndə ki, binada lift 15 ilə yaxındır işləmir, kanalizasiya xətləri bərbad vəziyyətdədir, dönüb çıxıb gedir. Hara da yazırıq, cavab gəlir ki, bina balansımızda deyil. Kooperativ binada yaşayanlar bu ölkənin vətəndaşları deyil məgər?».

KÖHNƏ LİFTƏ NƏ QƏDƏR PUL XƏRCLƏMƏK OLAR AXI?

Binanın 7-ci mərtəbəsində yaşayan Flora Əhmədova da şikayətçidir. Deyir, Lift İdarəsinə gedəndə onlardan yeni lift quraşdırmaq, yaxud köhnəsini təmir etmək üçün pul istəyirlər:

«Dəfələrlə pul yığıb özümüz düzəltdirmişik, gah trosu qırılırdı, gah qapısı bağlanmırdı, bağlananda da açılması üçün usta çağırmalı olurduq. Axırda qonşular da pul yığmaqdan cana doydular, köhnə liftə nə qədər pul xərcləmək olar axı? Aşağı mərtəbələrdə yaşayanların vecinə deyil, çünki liftdən istifadə etmirlər. Yuxarı mərtəbələrdə yaşayanlar isə zülm çəkirlər. Mənim də evimdə əlil var, neçə illərdir küçə üzü görmür. Çünki onu aşağı-yuxarı daşımağa gücümüz çatmır».

Bakı Lift İdarəsindən «Qaynar xətt»ə bildirdilər ki, 3 ildən artıqdır liftlərin təzələnməsi prosesi gedir. Hələlik dövlət balansında olan binalar liftləşdirilir. Sovet dönəmində kooperativlər tərəfindən inşa edilmiş binalarda liftlərin təzələnməsi isə növbəti mərhələdə həyata keçiriləcək.

Bakı Lift İdarəsindən onu da bildirdilər ki, əksər hallarda lift xarab olanda, bina sakinləri özləri müdaxilə edirlər, ya da kənardan usta çağırırlar. Bu isə sonradan həmin liftlərin bərpasını mümkünsüz edir
XS
SM
MD
LG