Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 03:10

Liberal dostluq aksiyası keçirilib


Gələcək İctimai Birliyi iyulun 30-da «liberal dostluq» aksiyası keçirib. «Beynəlxalq Dostluq Günü»nə həsr olunan aksiya Sumqayıt, Bərdə və Şəkidə baş tutub.

Aksiya keçirən gənclər «Liberal düşünək, düşündürək, dostluğumuz genişlənsin» sözləri yazılmış kağız parçalarını yaşıl rəngli şarlar daxilində şəhər sakinlərinə paylayıblar.

«Liberal Dostluq» adı altında qeyd olunan tədbirin əsas məqsədi insanlara sağlam, dürüst, vicdanlı cəmiyyətin, sosial ədalətliliyin formalaşması üçün liberal dəyərlərin önəmli olması mesajını çatdırmaq olub.

Xəbəri AzadlıqRadiosuna Gələcək İctimai Birliyi verib.
XS
SM
MD
LG