Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:12

Beyləqan Qaz istismar sahəsinin rəisi korrupsiyada ittiham olunur


Baş Prokurorluğun mətbuat xidmətinin iyulun 30-da yaydığı məlumatda «Azəriqaz» İstehsalat Birliyinin Beyləqan Qaz istismarı sahəsinin rəisi Sabir Mustafayevin rayonda abadlıq işləri aparılması və s. bəhanələrlə öz əməkdaşlarından pul aldığı qeyd edilir.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif bəhanələrlə, sahənin baş mühəndisi Arif Fərzəliyevdən 1500 manat, baş mühasib Vaqif Abdullayevdən 250 manat və sahənin digər əməkdaşlarından ümumilikdə 4095 manat məbləğində pul almaqla ittiham olunur.

Fakta görə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb və istintaq gedir.

Sabir Mustafayevlə bağlı araşdırma Dövlət Neft Şirkətindən Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinə edilən müraciət əsasında aparılıb.

Fakt təsdiqlənərsə o, 2000 min manata qədər cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG