Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:40

"Pussy Riot”un üç üzvünün məhkəməsi başlayıb


Moskvada pak-qrup “Pussy Riot”un üç üzvünün - Maria Alyokhina (24), Nadezhda Tolokonnikova (22) və Yekaterina Samutsevichin (29) məhkəməsi başlayıb. Onlar xuliqanlıqda ittiham olunur.

“Pussy Riot”un üzvləri Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi.

Əgər məhkəmə onları təqsirli bilsə, onları 7 ilə qədər həbs gözləyir.

Rusiyanın baş naziri Dmitry Medvedev Britaniyanın The Times qəzetinə müsahibəsində bildirib ki, bu cür çıxışa görə, bir çox ölkədə son dərəcə ciddi cəza tətbiq olunardı. Medvedev tələsməməyi, məhkəmə hökmünü gözləməyin lazım olduğunu da bildirmişdi.

Müdafiə tərəfi Medvedevin müsahibəsini məhkəməyə təzyiq kimi qiymətləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG