Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:20

Hindistanda 300 milyondan çox adam işıqsız qalıb


Hindistanda 300 milyondan artıq adam işıqsız qalıb. Dünən gecə paytaxt Dehlidə və daha 6 ştatda elektrik kəsilib. Dehlidəki nəqliyyatda səhər xaos hökm sürüb. Metro və işıqforlar işləmir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, elektrikin kəsilməsi qəza ilə bağlıdır. Qəzaya həddən artıq yükləmənin səbəb olduğu bildirilir. Qəza aeroporta ziyan vurmayıb.

Hindistanda elektrik enerjisində bu cür geniş miqyaslı qəza sonuncu dəfə 2001-ci ildə olmuşdu. Həmin vaxt 500 milyon insan işıqsız qalmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG