Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:15

Bir qrup kino xadimi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edib


Azərbaycanda bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını (AKI) tərk edərək yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün ərizə ilə müraciət ediblər.

Yeni yaradılan ittifaqdan bazar ertəsi Trend-ə verilən məlumata görə, həmin şəxslər xalq artisti, prezident təqaüdçüsü Vasif Babayev, əməkdar incəsənət xadimi, «Şöhrət» ordenli Arif Qazıyev, kinorejissor Şamil Əliyev, əməkdar mədəniyyət işçiləri İsmayıl Dadaşov, Marat İsgəndərovVaqif Bağırov, prodüser Çingiz Həsənov, aktrisa Nahidə Orucova və 1963-cü ildən AKİ üzvü olan kinoşünas Natalya Şneyerdir.
XS
SM
MD
LG