Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:13

Bakının mərkəzi prospektlərinin birində dəmir yolu ləğv edilib


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu gündən Heydər Əliyev prospektində, «Şəfa» stadionunun yaxınlığındakı dəmir yolu xətti ləğv edilib.

Əsədov deyib ki, dəmir yolu xəttinin ləğvi həmin prospektdə avtomobillərin hərəkət intensivliyini artıracaq.

Dəmir yolu xəttinin ləğvi ilə əlaqədar olaraq həmin ərazidəki yol nişanları da götürülüb.

Bölmə rəisinin sözlərinə görə, həmin ərazidə yaxın gələcəkdə yerüstü piyada keçidi inşa olunacaq.
XS
SM
MD
LG