Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:38

Suriyada oxunan marşın Azərbaycanda yaratdığı narahatlıq, dünənə qədər müttəfiq olanlar və...


Mətbuat icmalı

Mətbuat icmalı

ŞAİRDƏN VAHİD NAMİZƏD MƏSƏLƏSİNƏ MÜNASİBƏT

«Rüşvət olan ölkədə ədalət və xeyir-bərəkət olmaz». Bunu «Yeni Müsavat»a müsahibəsində şair Musa Yaqub deyib. Təbiətdən, vaxtilə nənnisinin asıldığı qovaq ağacının necə kəsilməsindən danışan şair seçki və müxalifətin vahid namizəd məsələsinə də toxunub.

«Elə ötən seçkilərdə də vahid namizəd olmadı, birinin sözü digərinin boğazından keçmədi, hər kəs «mən-mən» dedi, ona görə də iqtidar qazandı. Parçalanma olacaqsa, təbii ki, qazanan hakimiyyət olacaq».

DÜNƏNƏ QƏDƏR BİR-BİRİNƏ MÜTTƏFİQ DEYƏNLƏRİN BU GÜNÜ

«Yeni Azərbaycan» qəzeti yazır ki, «dünənə qədər bir-birilərinə «müttəfiq» deyən bu gün həmin «müttəfiq»in vaxtının ötdüyünü, keçdiyini elan edir. Bu, bir daha sübut edir ki, radikal düşərgədə bərqərar olan və özünü «siyasətçi» elan edən həmin partiya rəhbərləri öz mənafeləri uğrunda çarpışırlar... Yəni Molla Nəsrəddin demişkən, dava yorğan davası imiş».

LONDON OLİMPİADASINDAN GÜNÜN GÖZLƏNTİSİ

«Bu gün kim sürpriz edəcək?» «Futbol+»a görə, iyulun 30-da 5 Azərbaycan idmançısı yarışlara qatılacaq. Qəzet Cüdo üzrə 73 kq çəkidə olan Rüstəm Orucovun Cənubi Afrika Respublikasından olan idmançı ilə qarşılaşmanın elə də asan olmayacağını düşünür. Qəzet qadın cüdoçulardan Kifayət Qasımovanın çətin rəqiblərlə düşdüyünü yazır. Boksa gəldikdə qəzet 52 kq çəkili Elvin Məmişzadənin döyüş texnikasının qələbə üçün kifayət edəcəyini yazır.

«Vətən Hüseynli (81 kq) Olimpiadada debüt döyüşündə həyəcanını boğa bilsə, 1/8 finala yüksəlmək çətin olmayacaq».

Ağır atletikaya gəldikdə qəzet yazır ki, Boyaka Kostovanın (58 kq) daha ciddi rəqiblərlə mübarizədə medalçılar sırasına düşməsi bir qədər çətin görünür.

SURİYA MÜXALİFƏTİNİN MARŞI AZƏRBAYCANDA NİYƏ MÜBAHİSƏ YARADIB?

«Azadlıq» qəzeti yazır ki, «Suriyanın Hələb şəhərinin böyük hissəsini ələ keçirən müxaliflərin şəhər meydanında keçirdikləri mitinq zamanı oxuduqları marş Azərbaycanda mübahisəyə səbəb olub. Məsələ burasındadır ki, Suriya müxalifəti marşı Azərbaycan bəstəkarı Ələkbər Tağızadənin bəstələdiyi musiqi üzərində oxuyub. Söhbət xalq artisti, deputat Zeynəb Xanlarovanın oxuduğu «Qal sənə qurban» mahnısından gedir».

Qəzet məsələyə Zeynəb Xanlarovanın münasibətini öyrənib. O, bu mahnını 1968-ci ildən oxuduğunu deyib. «Mən bu mahnını dünyanın müxtəlif ölkələrində oxumuşam, o cümlədən Hələb şəhərində. Hələbdə iki dəfə olmuşam. Ola bilər ki, bu mahnı onların xoşuna gəlib. Mənim üçün sevindirici haldır ki, bu gün Suriyada bu musiqinin üzərində marş oxuyurlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG