Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:07

Vaxt vardı, olimpiadada idmançılarla yanaşı şairlər də yarışırdı


-

New York Times-a istinadla oxuzali.az


OLİMPİADA VƏ POEZİYA


İndi olimpiadalar sırf idman yarışıdır.

Amma vaxt vardı olimpiada ilə poeziya qoşa qanad idilər.

Ədəbi festivallar Yunanıstanda keçirilməyə başlayan ilk olimpiya oyunlarındakı tədbirlərin ayrılmaz hissəsi idi.

O zaman uzun libaslı şairlər tamaşaçılar üçün bədəninə zeytun yağı sürtmüş yarıçılpaq atletlər qədər maraqlı idi.

Zevs məbədinə yığışan tamaşaçılar üçün insanın həm bədəninin, həm də zəkasının mükəmməlliyi mühüm şərt idi.

Qalib idmançılar Pindar kimi böyük şairlərə onların şərəfinə odalar, mədhiyyələr yazmağı sifariş edərdilər.

Həmin mədhiyyələr dəbdəbəli məclislərdə oğlan xorları tərəfindən oxunardı.

20-ci əsrdəki 7 olimpiadada güləşçi, sprinter, ağırlıqqaldıran və başqa idmançılarla yanaşı yazarlar da - əksərən şairlər - qızıl, gümüş və bürünc medallara layiq görüldülər.

Həmin məclislərdəki təntənəli nəğmələr pop ulduzlarının indiki olimpiadaların açılış mərasimlərindəki ifaları ilə müqayisə oluna bilər.

Filosoflar və tarixçilər ən yeni əsərlərini, tədqiqatlarını həmin məclislərdə təqdim edərdilər.

Daha az tanınan şairlər isə özləri üçün stendlər, kiçik səhnələr quraşdırar və orada öz şeirlərini oxuyardılar.

Tamaşaçılar söz sərrafı idilər, onları səviyyəsiz şeirlərlə aldatmaq olmazdı.

Miladın 384-cü ilində olimpiada məclislərinin birində Siciliyalı Dionysius beləcə azarkeşlərin qəzəbinə tuş gəlmişdi.

Onlar şeirlərini xoşlamadıqları şairi döymüş və çadırını dağıtmışdılar.

Günəş, həqiqət, musiqi, poeziya və s. allahı sayılan Apollonun şərəfinə Delfidə keçirilən atletik festivallarda isə rəqs, lira ifası müsabiqələri ilə yanaşı şeir müsabiqələri də təşkil olunardı.

19-cu əsrin sonlarında olimpiya oyunlarını bərpa etmiş fransız maarifçisi və tarixçisi Baron Pierre de Coubertin israr edirdi ki, idman yarışları ilə birlikdə incəsənət müsabiqələri də keçirilsin.

Onun arzusu 1912-ci ildə Stokholmda çin oldu. Orada ədəbiyyat, musiqi, rəssamlıq, heykəltəraşlıq və memarlıq müsabiqələri olimpiada tədbirlərinə çevrildi.

Müsabiqə şərtlərinə görə, "təqdim edilən bütün əsərlər idman ideyasından ilham alınaraq yaradılmalı idi".

20-ci əsrdəki 7 olimpiadada güləşçi, sprinter, ağırlıqqaldıran və başqa idmançılarla yanaşı yazarlar da - əksərən şairlər - qızıl, gümüş və bürünc medallara layiq görüldülər.

Baron de Coubertin
Baron de Coubertin
Əvvəlcə bir nominasiyada keçirilən ədəbiyyat müsabiqəsi 1928, 1936 və 1948-ci illərdə genişləndirilmiş, epik və lirik poeziya kateqoriyalarına bölünmüşdü.

De Coubertin-in özünün də şairliyi vardı. İlk qızıl medalı 1912-ci ildəki olimpiadada elə onun özü qazanmışdı.

O, müsabiqədə biri alman, digəri fransız olmaqla iki təxəllüslə iştirak etmişdi.

Həmin şeir elə klassik yunan şeiri kimi pafoslu idi: "İdman, sən Gözəlliksən!.. İdman, sən Ədalətsən!.. İdman, sən Xoşbəxtliksən!.. Sən bizi irəli səsləyəndə xoşbəxtlik hissi bütün vücudumuzu ehtizaza gətirər..." (sətri tərcümə)

1952-ci ildə ədəbiyyat və digər incənət növləri üzrə müsabiqələrin olimpiada təqvimindən çıxarılmasının əsas səbəbi olimpiya oyunlarını bərpa edənlərin yol verdiyi ciddi bir səhvlə bağlı idi.

1912-ci ildəki şeir müsabiqəsinin şərtlərinə görə, iştirakçılar peşəkar yox, həvəskar şairlər olmalı idilər.

Tarixçi Richard Stanton bunu absurd adlandırır.

Müsabiqənin yalnız idman tematikası ilə məhdudlaşdırılması da o zaman intellektuallar tərəfindən sərt tənqid edilirdi.

Buna görə də ciddi yazarların əksəriyyəti olimpiadaya qatılmadılar.

Olimpiadalarda medala layiq görülmüş şairlərin çoxu isə yaddan çıxdı...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG