Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:22

Furqan Sadıq. Dərd


-

DƏRD

Emin Piriyə

Gözlərindəki ümidsizliyə,
üst-başından tökülən dərdə
və bir də
üzünün saqqalına baxıb
onu zarafatca Nizamiyə,
Füzuliyə bənzədirdi hamı...
Günlərin bir günü
bütün bunlara dözməyib
bayram fişəngi kimi
partladı:
-Cibində bir qəpiyi,
evində
yeməyə çörəyi olmayana necə,
oxşamırammı?!

Günün bütün mövzuları

XS
SM
MD
LG