Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:10

Londonda «Azərbaycan günü» keçirilib


İlham Əliyev mərasimdə çıxış edərkən

İlham Əliyev mərasimdə çıxış edərkən

İyulun 28-də Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində «Azərbaycan günü» keçirilib.
Prezident İlham Əliyev mərasimdəki çıxışında bildirib ki, Azərbaycan müstəqil ölkə kimi artıq beşinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir.
“Biz hər dəfə irəliyə doğru addımlar atırıq. Qazandığımız birinci medal 1996-cı ildə Atlantada oldu. Həmin vaxt bizim komanda yalnız bir medal qazana bildi. Sonra 2000-ci ildə Sidneydə üç, 2004-cü ildə Afinada beş, 2008-ci ildə isə Pekində yeddi medal qazanıldı. Əlbəttə, biz hamımız istəyirik ki, bu ənənə davam etsin. Hamımız ümid edirik ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər və yarışlar zamanı bayrağımız qaldırılacaq”.
Prezident çıxışında bildirib ki, “iyirmi il öncə bizim öz dövlətimiz yox idi, demokratik təsisatlarımız, bazar iqtisadiyyatı mövcud deyildi. Bu gün Azərbaycan regionda möhkəm mövqelərə malik olan ölkədir, dövlətçiliyimiz çox güclüdür. Biz demokratik islahatlara, bazar iqtisadiyyatına sadiqik”.
Prezident çıxışında idmanı ölkə rəhbərliyi səviyyəsində təmsil etdiyini də bildirib: “On beş il əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildim. Ondan altı il sonra isə ölkə Prezidenti seçildim. Buna görə də adətən deyirəm ki, mən idmanı və Olimpiya hərəkatını ölkə rəhbərliyi səviyyəsində təmsil edirəm”.

Şərhləri göstər

XS
SM
MD
LG