Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:30

Avstriyada qasırğa ciddi fəsadlar törədib


Avstriyanın şimal-şərqində baş vermiş güclü şimşək və qasırğa nəticəsində 1 nəfər ölüb, 5 adam isə ağır yaralanıb.

Ümumilikdə xəsarət alanların sayı 13 nəfərdir.

Təbii fəlakətin baş verdiyi Aşağı Avstriya torpağında ümumilikdə 3 min xilasedici var.

Onlar bu günlərdə 400 çağırış alıblar.

Qasırğa həmçinin Zalsburq tprpağında fəsadlar törədib.

Amma orda itki və ya xəsarət alan olmayıb.
XS
SM
MD
LG