Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:17

Olimpiya Oyunları: 5 Azərbaycan idmançısı mübarizəyə qoşulur


London Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar

London Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar

İyulun 29-da 2012-ci il London Olimpiya Oyunları çərçivəsində 4 Azərbaycan idmançısı mübarizəyə qoşulacaq.
Bunlar cüdoçu Tərlan Kərimov (66 kq), ağırlıqqaldıran Valentin Xristov (56 kq), güllə atıcısı İradə Aşumova və velosipedçi Yelena Çalıxd və üzgüçü Oksana Hətəmxanovadı.

İyulun 28-də Azərbaycan avarçəkənlərindən ikisi – Aleksandr Aleksandrov və Nataliya Mustafayeva ¼ finala yüksəlib.

Aleksandr Aleksandrovun mübarizə aparacağı ¼ final yürüşləri iyulun 30-da, Natalya Mustafayevanın mübarizə aparacağı ¼ final yürüşləri isə iyulun 31-də olacaq.

İyulun 28-də London Olimpiya Oyunlarında çıxış edən Azərbaycan boksçusu Soltan Migitinov ilk oyununu keçirib. O, 75 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
Soltan Migitinov Misir idmançısı Mohamed Hikalı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Avqustun 2-də keçiriləcək səkkizdəbir final mərhələsində Soltan Migitinovun rəqibi Braziliya idmançısı Falcao Florentino olacaq.
XS
SM
MD
LG