Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:43

Türkan Urmulu. Orda saat neçədir?


-

Orda saat neçədir?
necəsən sən
zamanın necə geçir?
orda saat neçədir?
gündüzdür ya gecədir?
itirmişəm çağları sənsizlikdən
saatım gah 10 saat geriyə
gahdan da iləri sürüklənir ...
orda həyat necədir?
o şəhərdə
o qarrədə
baxmışam xəritəyə
bir dəniz qırağında
gökdələnləri ilə ünlü
nə bilim mən
deyirlər ki gəlişmiş bir ölkədir!
amma hava necədir?
Necəsən sən?
gülümsəyirmi günəş?
Yağırmı? yağış yağırmı hərdən?
adamlar necə baxır
necə gülür?
Ürəklər? Ürəklər yavaşımı? Yoxsa hızlı döyünür?
yetərlimi sevgilər?
Baxışlardan heç məhəbbət axırmı?
...

Necə... necə... necə... neçə...
heç bitməz bu sorular
marağımı bağışla...
bir dəli qız deyib geç
oturmuş uzaqlarda
hey düşünür
hey yazır
görəsən orda saat neçədir?
necədir o?
zamanı necə geçir ...

Günün bütün mövzuları

XS
SM
MD
LG