Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:03

Azərbaycan avarçəkənləri ¼ finala yüksəliblər


-
2012-ci il London Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışlarına start verilib.

Bu idman növündə Azərbaycanı Aleksandr AleksandrovNatalya Mustafayeva təmsil edirlər.

Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizə aparıb. Bu qayıq tipində 33 idmançı 6 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 3-də isə 5 avarçəkən yer alıb. 22 yaşlı Azərbaycan təmsilçisi 6 nəfərlik qrupa düşüb.

2000 metr məsafəyə seçmə yürüşdə ikinci olan Aleksandr 1/4 finala vəsiqə qazanıb.

Natalya Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışıb. Bu qayıq tipində 28 avarçəkən 5 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 2-də isə 5 idmançı yer alıb. 27 yaşlı N.Mustafayeva da 6 nəfərlik qrupa düşüb.

2000 metr məsafəyə seçmə yürüşdə ikinci olan Mustafayeva da 1/4 finala yüksəlib.
XS
SM
MD
LG