Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:43

Tacikistanda girov götürülmüş 5 dövlət adamı azad edilib


Tacikistanın Dağlıq Bədəxşan vilayətində baş prokurorluğun girov götürülmüş 5 əməkdaşı azad ediliblər.

Onlar iyulun 24-də oğurlanmışdılar.

Prakurorluq hesab edir ki, bunun arxasında regionda fəaliyyət göstərən yaraqlılar durur.

Hakimiyyət iyulun 24-dən muxtar vilayətdə keçmiş komandir Tolib Ayembekovun dəstəsinə qarşı əməliyyat aparır.

Ayambekov milli təhlükəsizlik nazirliyinin generalı Abdulla Nazarovun qətlində ittiham olunur.

Əməliyyat zamanı hər iki tərəfdən ölənlər olduğu bildirilir.

Silahı yerə qoyub təslim olmaq üçün yaraqlılara ultimatum verilib.
XS
SM
MD
LG