Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:10

Telefon rabitəsi şəbəkəsinə 8 milyon ayrılıb


-
Bu ilin 6 ayı ərzində «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi şəbəkəsinin yenidən qurulması və genişləndirilməsinə 8 milyon manat pul qoyulub.

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbərlər xidməti məlumat verib.

Bu investisiyaya 3 yeni ATS-in tikintisi, 5 ATS-in yenidən qurulması, 14816 nömrə tutumlu ATS-lərin istifadəyə verilməsi daxildir.

Qeyd olunan dövrdə İstehsalat Birliyi şəbəkəsində ATS-lərin tutumu 20486 port artırılaraq 124683-ə çatdırılıb. Xidmət istifadəçilərinin sayı isə 88937 nəfərə çatıb.
XS
SM
MD
LG