Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:51

İstirahət günü hava necə olacaq?


-
İyulun 29-da Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu + 25-28 dərəcə olacaq.

Azərbaycanın rayonlarında iyulun 29-da, əsasən, gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal var. Şərq küləyi əsəcək.

Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG