Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:20

Olimpiada başladı [Video]


-
7 illik hazırlıqdan sonra 2012-ci ilin Yay Olimpiya oyunlarının rəsmi açılş mərasimi keçirildi. İyulun 27-i gecə saatlarında Londonda keçirilən mərasimə 80 000 nəfərə qatılıb. Mərasimdə 120-dən dövlətin lideri də iştirak edib. Onların arasında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da var.

Britaniya Kraliçası II Elizabeth yarışların başlandığını elan edib.

Təntənəli açlış mərasimini dünyanın müxtəlif ölkələrindən bir milyarda yaxın televiziya tamaşaçısının izlədiyi ehtimal edilir.

Müstəqil ölkə kimi 5-ci dəfədir Olimpiadada iştirak edən Azərbaycanı Londonda 15 idman növü üzrə 53 idmançı təmsil edir. Onların 39-u kişi, 14-ü qadındır.

İdman mütəxəssisləri Azərbaycan idmançılarının Londonda 9 medal qazana biləcəklərini deyirlər. 4 il əvvəlki Pekin Olimpiadasında Azərbaycan 7 medal əldə etmişdi.

Yarışlar qarşıdakı 16 gündə davam edəcək.

İyulun 27-də keçirilmiş açılış mərasimindən fotolar:

Şərhləri göstər

XS
SM
MD
LG