Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:44

Luzhkovun müavini 3 illik cəza aldı



Rusiya paytaxtı Moskvanın merinin keçmiş müavini Aleksandr Ryabini saxtakarlıq ittihamları ilə 3 il şərti cəza alıb. Qərarı iyulun 27-də Moskva məhkəməsi çıxarıb.
Qərara görə Ryabinin vəzifədə olduğu zaman paytaxtda qeyri-yaşayış sahələrini saxta sənədlərlə ələ keçirib. Amma məhkəmə ona qarşı vəzifədən sui-istifadə ittihamını ləğv edib.

Aleksandr Ryabin Moskvanın keçmiş meri Yury Luzhkovun zamanında onun müavini olub. Keçmiş prezident Dmitry Medvedev 2010-cu ilin sentyabrında “etibarı itirmək” ittihamı ilə işdən kənarlaşdırıb.

Ryabinin vəkilləri onun haqqında 3 illik şərti azadlıqdan məhrum etmə cəzasından şikayət verəcəklərini bildiriblər.
XS
SM
MD
LG