Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:33

H. Əliyev: «Anam məni bütövlükdə Azərbaycan üçün dünyaya gətirib»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı» 1 may 2012. sayı: 86 (20.491)


HEYDƏR ƏLİYEV ADINA HƏRBİ LİSEY

Ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialının bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır.

Ümummilli liderimizin adının əbədiləşdirildiyi ilk ünvanlardan olan bu hərbi lisey göstərilən dövlət qayğısı sayəsində qısa zaman kəsiyində böyük inkişaf yolu keçmiş, burada kursantların yaşayışı, təhsili, sağlamlığı, fiziki tərbiyəsi üçün hərtərəfli şərait yaradılmışdır. 2005-ci ildə hərbi liseydə geniş quruculuq işləri aparılmış, 4.5 hektar sahəni əhatə edən hərbi lisey şəhərciyində ümummilli liderin büstü ucaldılmış, ikimərtəbəli qərargah binası, yeməkxana, tibb məntəqəsi, yeni tədris korpusu istifadəyə verilmişdir. Qərargah binasının birinci mərtəbəsində «Heydər Əliyev muzeyi» fəaliyyət göstərir. Burada ümummilli liderimizin həyat və fəaliyyətinə dair sənədlər, onun hərbi liseydə olarkən çəkilmiş fotoşəkilləri nümayiş etdirilir.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV:

Mən balaca bir evdə, zəhmətkeş ailəsində bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş – on, uzağı otuz – qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri – təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım – varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm.

Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir.

Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq. Bu yol xalq yoludur.

Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi – siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqa arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib.
XS
SM
MD
LG